EN

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları dörd növdə çıxış edəcəklər

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün idmançılarımız 4 növdə çıxış edəcəklər.

Moderator.az xəbər verir ki, təmsilçilərimizdən Toğrul Məmmədli duatlon yarışlarının final mərhələsində mübarizəyə başlayır.

Azərbaycanın qadın həndbolçulardan ibarət yığması İslamiadada ilk görüşünü Özbəkistana qarşı keçirəcək. B qrupunun matçı Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Elçin Eminov (60 kq) və Həmzə Rəsulzadə (70 kq) uşu yarışlarının 1/16 final, Xalidə Mirzəyeva (56 kq) isə 1/4 final mərhələsində rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Azərbaycan taekvondoçuları Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) 1/16 final, Minayə Əkbərova (46 kq) isə 1/4 finalda yarışacaqlar.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
9
moderator.az

10Sources