AZ

İslamiada: Azərbaycan təmsilçiləri 4 növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri 4 idman növündə çıxış edəcəklər.

Ölkə təmsilçilərindən Toğrul Məmmədli dualtlon yarışlarının final mərhələsində mübarizə aparacaq.

Azərbaycanın qadın həndbolçulardan ibarət yığması İslamiadada ilk görüşünü Özbəkistana qarşı keçirəcək. B qrupunun matçı Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Elçin Eminov (60 kq) və Həmzə Rəsulzadə (70 kq) uşu yarışlarının 1/16 final, Xalidə Mirzəyeva (56 kq) isə 1/4 final mərhələsində rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Azərbaycan taekvondoçuları Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) 1/16 final, Minayə Əkbərova (46 kq) isə 1/4 finalda yarışacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 39 mükafatla (5 qızıl, 13 gümüş, 21 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.

Seçilən
21
9
fanat.az

10Mənbələr