EN

Rusiyanın ən böyük neft emalı zavodlarından biri vuruldu

Ukrayna dronları Ryazandakı neft emalı zavoduna hücum edib.

Bu barədə ASTRA Telegram kanalı yerli sakinlərə istinadən məlumat yayıb.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov gecə bölgədə 25 PUA-nın məhv edildiyini, bir müəssisənin ərazisində yanğın baş verdiyini bildirib. Malkov müəssisənin adını açıqlamayıb.

Rusiya neft emalı zavoduna dəyən ziyanın miqyası hazırda məlum deyil.

Qeyd edək ki, 17-18 milyon ton neft istehsal gücünə malik Ryazan neft emalı zavodu Rusiyada ilk beşliyə daxildir. O, dəfələrlə Ukrayna dronlarının hücumuna məruz qalıb.

 

Chosen
18
10
7news.az

10Sources