EN

Narkotikin təsiri altında avtomobil idarə etdi

BMW markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev yol hərəkəti qaydasını pozduğu üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı İ.Qarayevin narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Chosen
30
12
publika.az

10Sources