AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

BMW markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev yol hərəkəti qaydasını pozduğu üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Ölkə.az xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı İ.Qarayevin narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Qarayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

Seçilən
12
21
olke.az

10Mənbələr