EN

“Yollarda təhlükəsizliyiniz üçün sürətə yox, təhlükəsizliyə üstünlük verin”


“Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinə görə, sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir. Bu hal “yüksək sürət korluğu” kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir.
BDYPİ rəsmisi həmçinin bildirib ki, yüksək sürət zamanı bu hallar baş verir: “Periferik görmə zəifləyir, bununla da yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur. Həmçinin reaksiya müddəti azalır, nəticədə qəfil yaranan təhlükəyə vaxtında müdaxilə etmək çətinləşir. Bundan başqa, tormoz məsafəsinin artması ilə toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur”.
“Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir. Yollarda təhlükəsizliyiniz üçün sürətə yox, təhlükəsizliyə üstünlük verin” - R.Tağıyev bildirib.
Chosen
26
5
yeniavaz.com

10Sources