EN

Azərbaycan millisinin Özbəkistanla matçının başlama saatı dəyişdirilib

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla matçının başlama saatı dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Green Hall" Olimpiya Kompleksində təşkil olunacaq görüş əvvəldən nəzərdə tutulduğu kimi bu gün Bakı vaxtı ilə saat 17:00-da deyil, 15:00-da start götürəcək.

Qeyd edək ki, milli B qrupunda Qazaxıstan və Özbəkistan komandaları ilə mübarizə aparacaq.

Chosen
13
9
ikisahil.az

10Sources