EN

Macəraçı qapıçı vətənə döndü! o, Kəpəz in nəyinə lazımdı?

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirməyə çalışır. Söhbət Yusif İmanovdan gedir. “Sarı-göylər”in problemli heyətində qapıçı mövqeyi də narahatlıq dourur. Və indi Yusif İmanov o yeri doldura bilər. “Football-plus.az”a bu barədə Azər Bağırov məlumat verib. Mütəxəssisin sözlərinə görə, hazırda “Malışeva”ya məxsus olan qapıçı “Kəpəz”in düşərgəsindədi, komanda ilə məşq edir. Lakin hələ ki, heyətlərinə qatmayıblar, danışıqlar gedir. Qeyd edək ki, ötən mövsümün sonunda qalmaqallı şəkildə “Sabah”dan ayrılan Yusif İmanov Kosovonun “Malışeva” klubu ilə müqavilə bağlayıb. Amma azərbaycanlı qapıçı üç aya yaxın müddətdə bir dəqiqə də forma şansı qazana bilməyib. MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
4
icma.az

10Sources