AZ

Yusif İmanov hələ də debüt etməyib “Sabah”ın bu işdə əli var?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Avqustun 28-dən Kosovonun “Malışeva” klubu ilə anlaşan Yusif İmanov hələ də debüt etməyib. “Sabah”dan heyətə düşə bilmədiyinə görə, həm qə qalmaqalla ayrılan gənc qapıçı Kosovo təmsilçisinin ehtiyat oyunçular skamyasının daimi sakinidi. Bəs nəyə görə bu kluba getdi? Nəyə görə oynamır? Heyətə düşə bilməməsi nə ilə bağlıdı? Təəssüf ki, bu suala cavab tapa bilmədik. Çünki futbolçunun meneceri Emil Əsədov sualımızı cavablamadı...Bəs qapıçının oynaya bilməməsində “Sabah”ın rolu varmı? Bəlkə keçidlə bağlı hüquqi məsələlər hələ də həllini tapmayıb? “Bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov onun oynamamasında “Sabah”lıq heç nə olmadığını bildirdi.Bəs nəyə getmişdin, ay Yusif? Birvaxtlar milliyə çağrılan, debüt də edən Yusif İmanov indi Kosovonun ortabab klublarının birində “dincəlir”.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
4
icma.az

10Mənbələr