EN

Azərbaycanda ayaqqabı istehsalı 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 818,8 min cüt ayaqqabı istehsal edilib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Bu il noyabr ayının 1-nə, ölkədə 151,9 min cüt hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.

Chosen
7
2
ikisahil.az

3Sources