EN

"Burada oturmayın, camaat narahat olur" deyib bıçaqladı

Abşeron rayonunda yetkinlik yaşına çatmayan gəncin tanışı ilə mübahisə zamanı bıçaqla xəsarət yetirməsinin təfərrüatı məlum olub.

Ölkə.az xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron" yaşayış kompleksinin yaxınlığındakı "Karizma" geyim mağazasının qarşısında baş verib. Məlumata görə, 2008 ci il təvəllüdlü Real Ağayev adlı yeniyetmə gecə saatlarında mağazanın qarşısında tanışları Ayxan və Nizamini spirtli içkinin təsiri altında gördüyü üçün onlara həmin yerdə oturmamalarını bildirib. O, bunun ətrafdakı insanlara narahatlıq yaratdığını deyib.

Mübahisə Ayxanın Reala kobud cavab verməsindən sonra başlayıb. Real hər iki şəxsdən siqaret istəyib. Ayxan siqareti olmadığını deyib, Nizami isə ona bir siqaret verib. Bu hal Ayxanı daha da əsəbiləşdirib və o, Real ilə əlbəyaxa olub. Dava zamanı Real üzərində olan bıçaqla Ayxana iki dəfə zərbə endirib və dərhal hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya aparılıb. Polis tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Real Ağayev saxlanılıb.

Fakt üzrə cinayət işi açılıb və materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən Real Ağayev üç il azadlıqdan məhrumetmə cəzası alıb. Onun azyaşlı olması və ilk dəfə cinayət törətməsi nəzərə alınaraq cəzanın icrası şərti hesab edilib./oxu.az

Chosen
11
3
olke.az

4Sources