WarGonzo Teleqram kanalının ermənipərəst jurnalisti Dmitri Seleznev İrəvan hava limanına buraxılmayıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə layihənin elanında deyilir.
“O, ailəsi ilə birlikdə Ermənistana istirahətə gedirdi. Təfərrüatlar araşdırılır, müxbirimiz isə geri dönüş reysini və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir", açıqlamada bildirilir.
Xatırladılır ki, Dmitri Selsznev işğal illərimdə bir neçə dəfə Qarabağa qanunsuz səfər edib, 2020-ci il müharibəsi zamanı isə “müharibə müxbiri” kimi işləyib və siyasi prosesləri müşahidə etmək üçün mütəmadi olaraq Ermənistansa olub.
“Bu, tanınmış rusiyalı jurnalistin Ermənistana buraxılmaması ilə bağlı uzun müddət ərzində ilk presedentdir və bu, şübhəsiz ki, Rusiyaya qarşı qeyri-dost addım sayıla bilər”, - deyə bəyanatda qeyd olunub.
Musavat.com