EN

“WhatsApp” bu telefonlarda işləməyəcək – SİYAHI

Dünyada ən çox istifadə edilən mesajlaşma platforması "WhatsApp" bu gündən etibarən bir sıra köhnə telefon modellərində işləməyəcək.

Şirkət Android və iOS cihazları üçün yeniləmə dəstəyi kəsiləcək modellərin siyahısını açıqlayıb. Bu siyahıya "iPhone 6" və "Samsung Galaxy S7" kimi tanınmış telefonlar da daxildir.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, "WhatsApp" 2016-cı ildə və ondan əvvəl istehsal olunmuş smartfonlara dəstəyini rəsmi olaraq dayandırır. İlk mərhələdə bu cihazlar artıq yeniləmə ala bilməyəcək, daha sonra isə texniki tələblərə cavab vermədikləri üçün tətbiq ümumiyyətlə açılmayacaq.

Şirkət qərarını yeni funksiyaların köhnə cihazlarda performans problemləri yaratması ilə əsaslandırıb.

Dəstəyin dayandırılması yüzlərlə modelə təsir edir.

Siyahıda adıçəkilən daha məşhur cihazlardan bəziləri bunlardır:

*"Huawei Mate 9 Pro"

*"Samsung Galaxy S7"

*"Xiaomi Mi Note 2"

*"HTC 10 evo"

*"Sony Xperia XZ"

*"Xiaomi Mi 5 Pro"

*"Samsung Galaxy C9 Pro"

*"iPhone 6"

*"iPhone 6s".

Bu telefonlarda bu gündən WhatsApp artıq istifadə edilə bilməyəcək.

"Cebheinfo.az"

Chosen
39
4
cebheinfo.az

5Sources