EN

Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən "Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları" mövzusunda Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində təlim keçirilib.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in yerli qurumlarının, DİN Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir xətt polis məntəqəsi və Mingəçevir şəhər Polis şöbəsinin post patrul xidmətinin və TƏBİB-n Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şəxsi heyəti və texnikası cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd cəlb olunan qüvvələrin mümkün fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi olub.

Təlim zamanı iki ədəd kiçikhəcimli gəminin şərti toqquşma hadisəsi və bu zaman həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər simulyasiya edilib. Belə ki, "qəza" zamanı "zərərçəkmişlər" xilasedicilər tərəfindən "xilas olunaraq ilk yardım" göstərildikdən sonra aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil veriliblər. Gəmidə baş vermiş şərti yanğın yanğınsöndürənlər tərəfindən "söndürülüb, digər ərazilər yanğından mühafizə edilib".

Təlimdə ümumilikdə xüsusi təyinatlı 11 ədəd texnika və 57 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
10
baku.ws

10Sources