EN

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

style='margin-bottom:10px;'>

İsrail çempionatının üçüncü divizionunda çıxış edən “Yeremiahu Holon”un ​​gənclər komandasının adı açıqlanmayan futbolçusu 99 il müddətinə futboldan kənarlaşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı oyunçu matçdan sonra rəqibin komandanın futbolçusuna hücum edib. Hadisə paltardəyişmə otağının yaxınlığında baş verib və CCTV kameralarına düşüb.

Klub 700 avro cərimələnib və bir illik sınaq müddəti ilə 3 xallıq cəzalanıb.

"Yeremiahu Holon" da diskvalifikasiyanı dəstəkləyib və futbolçunun heyətdən kənarlaşdırıldığını açıqlayıb. 

Chosen
27
3
teleqraf.com

4Sources