EN

Ən faydalı süd növü açıqlandı– İnək südü siyahıda yoxdur

Son araşdırmalar göstərib ki, süd növləri arasında ən yüksək qida dəyərinə malik olan keçi südüdür.

AzPost.az xəbər verir ki, qidalanma mütəxəssisləri keçi südünün tərkibindəki yüksək kalsium, maqnezium, fosfor və A vitamininin həm uşaqlar, həm də böyüklər üçün faydalı olduğunu vurğulayır.

Keçi südünün zülak strukturu inək südünə nisbətən daha asan həzm olunur, bu xüsusilə mədə-bağırsaq həssaslığı olan insanlar üçün üstünlükdür.

Araşdırmada qeyd olunur ki, keçi südü allergiya riskini azaldır, dəri və sümük sağlamlığını dəstəkləyir, laktoza miqdarı nisbətən azdır və bəzilərində daha rahat qəbul olunur.

Mütəxəssislər əlavə edirlər ki, keçi südündəki yağ turşuları bədən tərəfindən sürətlə enerji kimi istifadə olunur və artıq çəki yaratmır.

Nəticə olaraq, qida dəyəri, həzm üstünlüyü və immuniteti gücləndirməsi baxımından keçi südü inək südünə nisbətən daha faydalı hesab edilir.

Chosen
48
1
azpost.info

2Sources