Qadın şahmatçılardan ibarət millimiz 17-24 noyabrda İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.
Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.
Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmalarıyla eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna,Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək.
Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaq. Komandanın kapitanı İlahə Qədimova olacaq.