AZ

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası qərar qəbul edib.

Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.

Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmalarıyla eyni qrupda yarışacaq.

B qrupunda Çin, Gürcüstan, Ukrayna,Fransa, Özbəkistan və Hindistan komandaları çıxış edəcək.

Azərbaycanı Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva təmsil edəcək. Komandanın kapitanı İlahə Qədimova olacaq.

Qeyd edək ki, dünya çempionatı 17-24 noyabrda təşkil olunacaq.

Yığmamız dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq

47 şahmatçımız Avropa çempionatında çıxış edəcək

Bakıda yeniyetmə və gənclər arasında rapid turniri keçirilib - FOTO

Teymur Rəcəbov: “Kapitan kimi ilk uğurumuzu Avropa çempionatında qazandıq”

Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb

Seçilən
29
15
apasport.az

10Mənbələr