EN

Avropa İttifaqında yeni biznes qeydiyyatları və müflisləşmələrin sayı artıb

Bu ilin üçüncü rübündə Avropa İttifaqında (Aİ) iqtisadiyyatın bütün sektorlarında yeni biznes qeydiyyatlarının sayı əvvəlki rüblə müqayisədə 4 faiz artıb. Eyni zamanda, müflisləşmə ilə bağlı müraciətlərin sayı da ikinci rüblə müqayisədə 4,4 faiz çoxalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) hesabatında bildirilib.

Yeni biznes qeydiyyatlarında ən yüksək artım informasiya və kommunikasiya sektorunda qeydə alınıb – 6 faiz. Bu sektoru tikinti (5,9 faiz) və nəqliyyat (5,5 faiz) izləyib.

Ən çox müflisləşmənin qeydə alındığı sektorlar yaşayış və iaşə xidmətləri (20,7 faiz), nəqliyyat (18,7 faiz) və maliyyə xidmətlərində (14,1 faiz) olub. Bu kateqoriyada informasiya və kommunikasiya (4,8 faiz), tikinti (3,1 faiz) və sənaye (0,1 faiz) sektorlarında azalmalar müşahidə edilib.

Chosen
19
4
ikisahil.az

5Sources