EN

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin 10 ayının göstəriciləri ilə müqayisədə 61,2 % çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə günəş elektrik stansiyalarında 532,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayının göstəriciləri ilə müqayisədə 9,5 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 22 milyard 553,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur. Bunun 21 milyard 800,7 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə eynidir.

Chosen
5
6
aznews.az

7Sources