EN

Ekspert: Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin tranzit potensialını gücləndirəcək

Zəngəzur dəhlizi - bölgənin ölkələri - Mərkəzi Asiya və Cənubi Qafqaz üçün öz tranzit potensialını reallaşdırmaq üçün əla imkandır.

Aznews.az xəbər verir ki, bu barədə jurnalistlərə Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun eksperti Nərgiz Umarova bildirib.

"Zəngəzur dəhlizi Orta Dəhlizin ötürmə qabiliyyətini genişləndirəcək. Hazırda Bakı-Tbilisi-Qars dəmir yoluna və Xəzər və Qara dəniz limanlarına böyük yük düşür. Yeni marşrut yük axınlarının yenidən bölüşdürülməsinə imkan verəcək və Orta Dəhliz boyunca yerləşən ölkələr böyük həcmdə tranzit cəlb edə biləcəklər", - o, "Report"un sualını cavablandırarkən bildirib.

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi marşrutu 300 kilometrdən çox qısaltmağa imkan verir:

"Nəqliyyat sahəsinin mütəxəssisləri üçün bu sadəcə rəqəmlər deyil, yük daşımalarının vaxtını və dəyərini azaltmaq üçün böyük imkandır".

N.Umarova qeyd edib ki, Mərkəzi Asiya ölkələri arasında Zəngəzur dəhlizinin açılmasına dəstəyini yüksək səviyyədə ilk bəyan edən Özbəkistan olub, "çünki bu, ilk növbədə, ölkəmizin geoiqtisadi maraqları ilə bağlıdır".

Onun sözlərinə görə, Özbəkistan çətin vəziyyətdədir, hətta qitədaxili Xəzər dənizinə belə çıxışı yoxdur, açıq dənizlərə çıxışdan isə danışmağa dəyməz:

Chosen
33
2
aznews.az

3Sources