EN

Naxçıvanda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Chosen
42
4
ikisahil.az

10Sources