Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralında qeydə alınıb.
Hadisə zamanı "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.