EN

Politoloq: Azərbaycan Özbəkistan tandemi TDT ni regional güc mərkəzinə çevirir

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmləndirilməsi və onun nüfuzlu, dinamik inkişaf edən, təsir gücü artan beynəlxalq struktura çevrilməsi işinə verdiyi töhfə danılmazdır. Hər iki ölkə Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin fəal tərəfdarlarıdır və birlik, qarşılıqlı dəstək və praktiki qarşılıqlı fəaliyyət gündəliyini ardıcıl şəkildə irəli aparırlar.

Bu sözləri APA-ya açıqlamasında Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Politologiya kafedrasının professor, tarix elmləri doktoru Ranoxon Tursunova deyib.

Politoloqun fikrincə, Azərbaycan və Özbəkistan TDT-nin institusional inkişafı məsələlərində strateji baxış nümayiş etdirirlər: "Məhz onların təşəbbüsləri və siyasi iradəsi sayəsində təşkilat daha aydın əməkdaşlıq arxitekturası formalaşdırıb, mexanizmlərini genişləndirib və üzv dövlətlər arasında koordinasiya imkanlarını artırıb. Bundan əlavə, ölkələrimizin iqtisadi, nəqliyyat-logistika, mədəni və humanitar inteqrasiyanı gücləndirməyə yönəlmiş konkret layihələrin inkişafına, həmçinin onların icrasına verdiyi töhfə də böyük əhəmiyyət daşıyır. Azərbaycan region ölkələrini birləşdirən nəqliyyat dəhlizlərini fəal şəkildə təşviq edir, Özbəkistan isə ümumi iqtisadi və infrastruktur gündəliyinin formalaşmasında iştirak etməklə milli iqtisadiyyatların dayanıqlılığını və qarşılıqlı tamamlanmasını gücləndirir”.

Humanitar sahədə birgə fəaliyyətin xüsusi rol oynadığını vurğulayan özbək politoloq qeyd edib ki, bu birgə fəaliyyət Türk həmrəyliyinin möhkəmləndirilməsinin əsaslarından biridir.

“Azərbaycan və Özbəkistan Türk dili, mədəniyyəti, təhsili, akademik mübadilə proqramları və gənclərlə bağlı təşəbbüsləri dəstəkləyir. Bu fəaliyyət xalqlar arasında uzunmüddətli qarşılıqlı anlaşma və birlik üçün möhkəm zəmin yaradır. Hər iki ölkə təşkilat daxilində qarşılıqlı dəstəyin gücləndirilməsinin tərəfdarıdır ki, bu da TDT-nin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Bakı və Daşkəndin konstruktiv diplomatiyası təşkilatı regional proseslərin daha görünən və hörmət edilən iştirakçısına çevirir.

Bu baxımdan, Azərbaycanın və Özbəkistanın Türk Dövlətləri Təşkilatının inkişafındakı rolunu sistemqurucu hesab etmək olar. Onların fəal mövqeyi, ardıcıl fəaliyyəti və türk birliyinin möhkəmləndirilməsinə yönəlik səyləri TDT-nin potensialını ciddi şəkildə artırır və təşkilatın gələcək institusional və beynəlxalq inkişafı üçün möhkəm əsas yaradır”, - ekspert fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
apa.az

2Sources