ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk matçını keçirib.
"Cebheinfo.az" xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla üz-üzə gəlib.
"Green Hall" Olimpiya Kompleksində təşkil olunan matç rəqibin 28:26 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstan seçməsinə qarşı keçirəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.