EN

Yağış üçün dua etdilər, yağdı

İranın qərbindən ölkə ərazisinə daxil olan siklonlar qarşıdakı həftə ərzində bir sıra əyalətlərdə yağıntılara səbəb olacaq.

Milli.Az xəbər verir ki, şənbə günü Şərqi və Qərbi Azərbaycan, İlam, Kirmanşah, Kürdüstan, Luristan, Həmədan, Xuzistan, Çəharməhal və Bəxtiyari, eləcə də Əlburz, Zəncan, Qəzvin, Mərkəzi və İsfahan ostanlarında yağış proqnozlaşdırılır.

Qeyd edək ki, Tehranda uzunmüddətli quraqlıq və su çatışmazlığı fonunda sakinlər yağış üçün kollektiv dua ediblər. Prezident Məsud Pezeşkian isə yaxın günlərdə yağış yağmasa, paytaxtın ciddi su qıtlığı ilə üzləşə və təxliyə oluna biləcəyi barədə xəbərdarlıq etmişdi. 

Asya Hüseyn
Milli.Az 

Chosen
22
1
milli.az

3Sources