AZ

Dua etdilər, yağış xəbəri gəldi...

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın qərb hissəsindən ölkə ərazisinə siklonlar daxil olub.

“Qafqazinfo” IRIB-ə istinadən xəbər verir ki, ölkənin bir sıra əyalətlərində qarşıdakı həftə ərzində yağıntıların olacağı gözlənilir.

Məlumata görə, şənbə günü ərzində ölkənin qərb hissəsində - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İlam, Kirmanşah, Kürdüstan, Luristan, Həmədan, Xuzistan, Çəharməhal və Bəxtiyari ostanlarında yağış proqnozlaşdırılır. Həmçinin ölkənin mərkəzi hissəsində yerləşən əyalətlərdə - Əlburz, Zəncan, Qəzvin, Mərkəzi və İsfahan ostanlarında da yağıntı olacaq.

Qeyd edək ki, İranın paytaxtı Tehranda quraqlıqla bağlı su böhranı fonunda sakinlər yağış yağması üçün kollektiv dua ediblər. Cümə günü keçirilən dua mərasimi şəhərin İmamzadə Saleh məbəd kompleksində baş tutub. 

Xatırladaq ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda yağış yağmasa, Tehranın ciddi su qıtlığı ilə üzləşə və təxliyə edilə biləcəyi barədə xəbərdarlıq etmişdi. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
qafqazinfo.az

3Mənbələr