EN

Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə bitəcəyinə ümid edir

BAKI, 15 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini “qanlı qırğın” adlandırıb və bunun tez bir zamanda başa çatması lazım olduğunu vurğulayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "GB News"-a müsahibəsində deyib.

Tramp təkrarın “8 müharibəni həll etdiyini” və “daha ​​bir müharibənin qalması” iddiasını dilə gətirib.

"Mən daha asan olacağını düşündüm, çünki 32 il davam edən bəzi müharibələri həll etdim. Və iki günə həll etdim. Bununla çox fəxr edirəm... Hələ edə bilmədiyim yeganə şey Rusiya və Ukraynadır. Bu, heç vaxt başlamamalı idi. Bu qanlı qırğındır. Bu, dəhşətli qanlı qırğındır", - Amerika lideri bildirib.

ABŞ prezidentinin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra belə böyük miqyasda müharibə olmayıb. O, həmçinin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin tezliklə başa çatacağına əminliyini ifadə edib.

"Ümid edirəm ki, bu, tezliklə baş verəcək. Biz onlara çox təzyiq edirik, bilirsiniz, Hindistan və neftlə. Hindistan və digərləri indi oradan çıxır. Çünki Rusiya neft satdığı üçün onların nəsə etmək imkanları var. Amma düşünürəm ki, biz bunu edəcəyik", - Tramp deyib.

Chosen
32
2
teleqraf.com

3Sources