EN

15 yaşlı oğlan 75 yaşlı kişini öldürdü Mesajlara görə

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə 15 yaşlı oğlan 75 yaşlı kişini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Zonquldak şəhərinin Yeni məhəllə adlanan ərazisində qeydə alınıb.

75 yaşlı Burhanəddin Şendən xəbər ala bilməyən yaxınları onun yaşadığı evə gediblər. Kişini qan içində yerə görən qohumları polisə xəbər veriblər. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib. Bədənində bıçaq yaraları olan kişi ekspertizadan sonra dəfn edilib.

Araşdırmalara başlayan polislər ərazidəki kameralara baxandan sonra cinayətdə şübhəli bilinən 15 yaşlı A.P.-ni saxlayıblar. Şübhəli ifadəsində bildirib ki, öldürdüyü şəxs anasına mesajlar yazaraq, onu narahat edirmiş. Yeniyetmə həmin mesajları görəndən sonra əsəbiləşərək, qətl törətdiyini etiraf edib.

Məhkəmə qərarı ilə A.P. həbs olunaraq, təcridxanaya göndərilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
1
lent.az

2Sources