EN

Levandovski gələcəyi ilə bağlı qərarını yaxın zamanda verəcək

"Barselona"nın və Polşa millisinin hücumçusu Robert Levandovski müqaviləsinin başa çatması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

90deqiqe.Az “TVP Sport”a istinadən xəbər verir ki, təcrübəli hücumçu gələcək karyera planlarını dəyərləndirdiyini deyib:

“Tezliklə hansı yolu seçəcəyimlə bağlı qərar verməyə hazır olacağam. Mövcud variantlara baxıb ən doğru seçimi edəcəyəm”.

Daha əvvəl Levandovskinin müqavilə müddəti bitənə qədər "Barselona"dan ayrılmaq niyyətində olmadığı bildirilmişdi.

“Bavariya”nın sabiq forvardı ilə Kataloniya klubu arasındakı anlaşma 2026-cı ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, polşalı futbolçu bu mövsüm “Barselona” və milli komandanın heyətində ümumilikdə 18 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.

Chosen
52
50
90deqiqe.az

10Sources