AZ

Levandovski karyerasına Premyer Liqada davam edə bilər

“Barselona”nın hücumçusu Robert Levandovski İngiltərə Premyer Liqasında karyerasını davam etdirmək variantını nəzərdən keçirir. 

90deqiqe.Az-ın "Indykaila News"a istinadən məlumatına görə, adı açıqlanmayan İngiltərə klubu polşalı forvardla bir illik müqavilə bağlamağı təklif edib.

Mənbə qeyd edir ki, Levandovskinin agenti futbolçunu “Mançester Yunayted”, “Çelsi” və ya “Tottenhem” komandalarına dəvət etmək planlaşdırılır.

37 yaşlı futbolçunun Kataloniyalarla müqaviləsi gələn il başa çatır.

Cari mövsümdə Robert Levandovski “Barselona” üçün 12 oyunda 7 qol vurub.

Seçilən
34
50
90deqiqe.az

10Mənbələr