Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
İdmanxeber.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edib.
Bakı İdman Sarayında keçirilən görüş Monteneqronun qələbəsi ilə yekunlaşıb – 104:62.
Yığmamız seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olmuşdu.