EN

Bu yaşdan sonra uşaqları dodaqdan öpmək olmaz

"Yalnız körpələr və məktəbəqədər uşaqları dodaqlarından öpmək olar".

Publika.az xəbər verir ki, bunu "Secrets" ailə və seksual təhsil mərkəzinin psixoloqu və seksoloqu Alina Mixaylova Lenta.ru-ya bildirib.

O vurğulayıb ki, bu yalnız o halda mümkündür ki, kiçik uşaqlar bundan uzaqlaşmasın və utanmasınlar. Digər hallarda uşağa sevgini qucaqlaşmaqla və ya yanaqdan və alından öpməklə ifadə etmək olar.

Mixaylovanın sözlərinə görə, uşaq altı yaşdan yuxarı olduqda, dodaqdan öpmə sosial, gender və seksual məna daşımağa başlayır.

Chosen
109
34
publika.az

10Sources