Noyabrın 15-də Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.
İnterpress.az-ın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, Azərbaycandan bu mükafata Xalq artisti Alim Qasımov layiq görülüb.
