"Telegram" messencerində yeni hədiyyə üçün hərracın birinci raundu başa çatıb.
Publika.az "SHOT" "Telegram" kanalına istinadla xəbər verir ki, "Telegram Plane"nin NFT animasiya şəklinin son qiyməti 18 milyon rubla çatıb.
“Moskvada ikiotaqlı mənzilin qiymətinə hədiyyə indicə "Telegram"da hərracda satılıb”, – yazı müəllifləri bildiriblər.
"Telegram Plane" şəklinin kanadalı sahibkar Ceyson Faloviç tərəfindən alındığ bildirilir.
Bundan əvvəl messencerin təsisçisi Pavel Durov "Telegram"ın hekayələrdə canlı yayımları və hədiyyə vermək imkanlarını sınaqdan keçirməyə başladığını açıqlamışdı. Məşhurların hədiyyələrinin satışına başlamazdan əvvəl platforma eksklüziv rəqəmsal təyyarəni lotereyaya keçirmək qərarına gəlib.