EN

Məşhur aparıcını hədəf aldı: Onu işdən çıxarın!

ABŞ Prezidenti Donald Tramp NBC-ni komediyaçı və gecə tok-şousunun aparıcısı Set Meyeri onu tənqid etdiyinə görə işdən çıxarmağa çağırıb.

Musavat.com xəbər verir ki, o, Truth Social hesabından bu çağırışla çıxış edib: “Mayers istedadsızdır və NBC onu dərhal işdən çıxarmalıdır". Onun sözlərinə görə, televiziya aparıcısı "sağalmaz Tramp sindromundan əziyyət çəkir".

Prezident qeyd edib ki, Mayers 15 noyabr axşamı aqressiv vəziyyətdə görülüb, bu, çox güman ki, onun şousunun reytinqinin aşağı düşməsi ilə bağlıdır.

Qeyd edək ki, sentyabr ayında ABC mühafizəkar fəal Çarli Kirkin qətli ilə bağlı şərhlərə görə gecə tok-şousunda yayımlanan "Jimmy Kimmel Live!" verilişini qeyri-müəyyən müddətə dayandırıb. Kimmel cinayətkarın Tramp tərəfdarı ola biləcəyi ehtimalını irəli sürmüşdü.

Musavat.com

Chosen
41
1
musavat.com

10Sources