AZ

Tramp bu jurnalistin işdən qovulmasını tələb etdi

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp NBC telekanalından aparıcı Set Mayersin dərhal işdən çıxarılmasını tələb edib.

Gununsesi.info xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.

“NBC-nin müxbiri Seth Meyers sağalmaz Tramp pozğunluğundan (TDD) əziyyət çəkir. Dünən gecə o, çox güman ki, “şousunun” reytinq uğursuzluğu səbəbindən idarəolunmaz bir qəzəb içində göründü. Bütün bunlardan başqa, Mayers heç bir istedada sahib deyil və NBC onu dərhal işdən çıxarmalıdır!”, – Tramp tələb edib.

Noyabrın 13-də Mayers “Gecə yarısı” verilişində ABŞ prezidentini də xatırlayaraq, cinsi cinayətkar Ceffri Epşteyn işindən bəhs edib.

O, “Tramp qızlardan xəbərdar idi” deyən elektron məktub aldığını bildirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
icma.az

10Mənbələr