“Google” şirkəti 2027-ci ilədək süni intellekt və bulud texnologiyalarına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Publika.az xəbər verir ki, investisiya ABŞ-ın Texas ştatında sərf ediləcək.
Şirkətdən bildirilib ki, layihə çərçivəsində ştatda yeni data mərkəzi inşa olunacaq. “Google” bu yolla növbəti 15 il ərzində ştatda üstün mövqeyini qoruyub-saxlayacaq.