AZ

“Google” süni intellekt və bulud texnologiyalarına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır

“Google” şirkəti 2027-ci ilədək süni intellekt və bulud texnologiyalarına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır.

İnvestisiya ABŞ-nin Texas ştatında sərf ediləcək.

Şirkətdən bildirilib ki, layihə çərçivəsində ştatda yeni data mərkəzi inşa olunacaq. “Google” bu yolla növbəti 15 il ərzində ştatda üstün mövqeyini qoruyub-saxlayacaq.

Ucuz elektrik və əlverişli vergi şərtləri texnologiya şirkətlərinin Texas ştatına marağı artırır. “Meta” şirkəti artıq bura milyard dollardan çox sərmayə qoyub. “Tesla” və “Oracle” baş ofislərini bura köçürüb. “Samsung” isə burada yarımkeçiricilər zavodunun tikintisinə 17 milyard dollar sərmayə ayırıb.

MənbəTREND
Seçilən
2
5
banker.az

7Mənbələr