EN

Tramp NBC-dən Set Mayersin işdən çıxarılmasını tələb edib

ABŞ prezidenti satirik aparıcını “Tramp maniyası”nda ittiham edir…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NBC telekanalını məşhur gecə şousunun aparıcısı Set Mayersi işdən çıxarmağa çağırıb. Səbəb, komediya ustasının son efirlərdən birində Trampın Ceffri Epstaynın elektron məktublarının dərcinə verdiyi reaksiyanı satira ilə tənqid etməsi olub.

Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb ki, Set Mayers “qüvvətli və sağalmaz Trampa aludəlik sindromundan” əziyyət çəkir. Prezident əlavə edib ki, aparıcını “keçən gecə nəzarətsiz qəzəb içində” görüblər və bunun səbəbinin onun “reytinglərdə katastrofa çevrilən” gecə şousu ola biləcəyini iddia edib.

Set Mayers 2014-cü ildən “Late Night with Seth Meyers” (“Gecə şousu – Set Mayerslə”) adlı satirik gecə tok-şousuna rəhbərlik edir. 13 noyabr efirində o, Epstayn işi ilə bağlı yeni açıqlamaları yada salaraq bildirib: “Mən detektiv deyiləm, amma suallardan biri belə səslənirdi: ‘Tramp qızlar barədə məlumatlı idimi?’ Və sonra Epstaynın məktubundan belə bir ifadə çıxır: ‘Tramp qızlar barədə bilirdi’. Bu, olduqca ittihamedici səslənir”.

Şou aparıcısının bu fikirləri Ağ Evin sərt reaksiyasına səbəb olub. Tramp tərəfdarları Mayersi qərəzli siyasi satirada ittiham edir, NBC isə şounun redaksiya müstəqilliyinin qorunduğunu bildirir. ABŞ mediasında isə müzakirələr daha da qızışıb — bəzi analitiklər Trampın bu cür açıq çağırışlarının media azadlığı ilə bağlı suallar doğurduğunu qeyd edirlər.

Poliqon.info

Chosen
53
8
poliqon.info

10Sources