EN

APA 21 yaşında

"Azəri-Press" Agentliyinin (APA) yaranmasından 21 il ötür.

Bakıvaxtı.az bildirir ki, "Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.

    Agentlik Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbər xidməti göstərir. 

    İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

    Biz də həmkarlarımızı təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayırıq!

    Chosen
    29
    bakivaxti.az

    1Sources