EN

Özbəkistan Prezidenti: Azərbaycan regionumuzun beynəlxalq rolunu artıracaq

BAKI, 16 noyabr. TELEQRAF

Həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya + Azərbaycan” formatında iclasında bildirib.

“Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.

Chosen
11
17
teleqraf.com

10Sources