EN

Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında yeni imkanlar açacaq - Qırğızıstan Prezidenti

Qırğız Respublikası Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyir. Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov bu gün Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı deyib.

Sadır Japarov qeyd edib: "Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin formatı baş tutub. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionumuzda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib".

Chosen
18
21
day.az

10Sources