EN

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib

BAKI, 16 noyabr. TELEQRAF

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib.

Teleqraf xəbər verir ki, dövlətimizin başçısı deyib: “Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, Azərbaycanda konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür”.

Chosen
13
15
teleqraf.com

10Sources