EN

Kiyevdəki hadisədən narahatıq Belçika səfirliyi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Belçika son həftələrdə Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı Rusiya hücumlarını mümkün olan ən sərt və aydın şəkildə qınayır”

Globalinfo.az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bu bombardmanlar məqsədli şəkildə mülki şəxsləri, yaşayış məhəllələrini, xəstəxanaları, enerji infrastrukturunu və həyati əhəmiyyətli xidmət sahələrini hədəfə alıb. Edilən hücümlar uşaqlar da daxil olmaqla, günahsız insanları öldürüb və yaralayıb, bütöv icmaları isə qorxu və qaranlıq içində buraxıb.

Bunu tam aydın şəkildə deməliyik: bunlar hərbi cinayətlərdir. Bu hücumlar Ukrayna xalqının əzmini sındırmaq məqsədi daşıyan sistemli strategiyanın tərkib hissəsidir. Lakin bu qəddarlığa baxmayaraq, ukraynalılar qeyri-adi cəsarətlə birlikdə olmağa davam edirlər. Onların terror qarşısında göstərdikləri dözüm və iradə ən dərin hörmət və həmrəyliyimizə layiqdir.

Biz həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinə endirilmiş zərbədən dərindən narahatıq. Diplomatik missiyanı hədəf almaq, nəinki yolverilməzdir, bu həm də beynəlxalq sistemi bir arada saxlayan prinsiplərə birbaşa hücumdur. Belçika Azərbaycan və onun bu zorakılığa məruz qalan bütün diplomatik heyətli ilə tam həmrəy olduğunu ifadə edir.

Ukrayna xalqına səslənirik: siz tək deyilsiniz! Biz sizin yanınızdayıq. Avropa və beynəlxalq tərəfdaşlarımızla birlikdə bu qanunsuz və qeyri-əxlaqi müharibə bitənə qədər dəstəyimizi davam etdirəcək və Rusiyaya təzyiqləri artıracağıq”, – deyə bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
5
globalinfo.az

10Sources