Oğuz rayonunda qətl hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə, hadisə bu gün rayonun Bayan kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, qadının 15 yaşlı oğlu polis tərəfindən saxlanılıb.