EN

Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya “6” formatının üzvüdür

BAKI, 16 noyabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

“Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən, Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi, geosiyasi və geoiqtisadi birliyə çevrilir. Bu andan etibarən Mərkəzi Asiya “6” kimi çıxış edir”.

Chosen
31
4
teleqraf.com

10Sources