AZ

Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur FOTO

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı kimi qəbul edilib".Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb."Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi/geosiyasi və geoiqtisadi birliyə çevrilir. Bu andan etibarən, Mərkəzi Asiya altı ölkə ilə təmsil olunur", - deyə o yazıb.Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub."Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır", - deyə sənəddə yazılıb.

 

With the Decision of Central Asian Heads of State Azerbaijan admitted as full fledged member. Our brotherly ties and historical heritage becomes political/geopolitical and geo -economic unity. From now on, Central Asia stands as 6.Unofficial translation.SEVENTH… pic.twitter.com/TqLhV4pHT3

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 16, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
1
demokrat.az

10Mənbələr