EN

Bakıda Qlobal Gənclər Sammiti keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının(WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiyaİttifaqı Qlobal Gənclər Sammiti 2025” (ITU Global Youth Celebration2025) keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumatagörə, 60-dan artıq ölkədən 500-dən artıq nümayəndənin iştiraketdiyi tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini vəsənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsalinkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etməkolub.

Qlobal Gənclər Sammitinin açılış mərasimində AzərbaycanRespublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniSaməddin Əsədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas LakisonZavazava çıxış ediblər.

Çıxışlarda gənclərin İKT sahəsində fəal iştirakının, eləcə dəkosmik sənayenin, texnologiyanın qlobal inkişaf məqsədlərinininkişafında rolunun vacibliyi vurğulanıb.

Açılış mərasimindən sonra “Nəsillərarası dialoq” sessiyasıkeçirilib. Burada BTİ-nin altı regional nümayəndəliyindən vəAzərbaycandan olan gənclər fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Milli Aviasiya Akademiyasında, AzərkosmosunKOSMİK Akademiyasında və STEAM İnnovasiya Mərkəzində interaktivsessiyalar, seminarlar və dialoqlar təşkil olunub.

Milli Aviasiya Akademiyasında gənc peşəkarlar üçün İKTvasitəsilə bərabər imkanların yaradılmasına həsr olunmuş interaktivsessiya keçirilib. Simulyatorlara, aerokosmik laboratoriyalara vəaviasiya texnologiyaları mərkəzinə texniki ekskursiya təşkiledilib.

Azərkosmosun KOSMİK Akademiyasında ali məktəb tələbələri üçün“Beynəlxalq Kosmik Stansiya (ISS) ilə telekommunikasiyanınqurulması” seminarı keçirilib. Seminarda tələbələr öz orbitalantenlərini yığaraq Beynəlxalq Kosmik Stansiya ilə canlı rabitəqurmağı öyrəniblər.

STEAM İnnovasiya Mərkəzində astronavtlarla – Alper Gezeravcı(Türkiyənin ilk astronavtı), Tuva Cihangir Atasever (Türkiyəninikinci astronavtı), Dumitru-Dorin Prunariu (Rumıniyanın ilkastronavtı) interaktiv panel baş tutub. Panel müzakirəsi kosmiktədqiqatlarda telekommunikasiyanın roluna həsr olunub və imzasessiyası ilə başa çatıb.

Tədbir günü “Hilton” otelində keçirilmiş mədəni və nəsillərarasışəbəkələşmə görüşü ilə yekunlaşıb. Bu görüş “WTDC-25”iştirakçılarını, gənc peşəkarları və ictimaiyyətin tanınmışsimalarını bir araya gətirərək əməkdaşlıq və dialoqun inkişafınaşərait yaradıb.

Bakıda
Bakıda
Chosen
32
9
az.trend.az

10Sources