EN

Ukraynanın növbəti hədəfi bəlli oldu Rusiya təlaşda

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Ukrayna Rusiyanın atom elektrik stansiyalarına və neft emalı zavodlarına hücumlarını gücləndirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Vasili Dandikin deyib.

“Ukrayna Silahlı Qüvvələri hücumların sayını artıra bilər. Çünki cəbhə xəttində işlər yaxşı getmir. Onlar çalışırlar, amma görünən odur ki, uğursuzluğa düçar olurlar. Kiyev Novovoronej Atom Elektrik Stansiyasını vurdu. Vəziyyət həqiqətən ciddidir”, – o bildirib.

Ekspert xatırladıb ki, Smolensk və Kursk atom elektrik stansiyalarına əvvəllər də hücumlar olub.

Vasili Dandikin Ukraynanın Rusiyanın liman infrastrukturunu hədəf almağa cəhd edəcəyini və neft emalı zavodlarına və ya yanacaq anbarlarına zərbələr endirməyə davam edəcəyini istisna etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
1
globalinfo.az

2Sources